“İllər ərzində heç bir məqaləsi olmayan alimin özünü alim bilməsi ayıbdır” – Emin Əmrullayev

Hazırda oxunan: “İllər ərzində heç bir məqaləsi olmayan alimin özünü alim bilməsi ayıbdır” – Emin Əmrullayev

585792

“Son illər heç bir məqaləsi olmayan alim özünə alim deməyə utanmalıdır"

Bizim.Media xəbər verir ki, bu sözləri Elm və Təhsil Naziri Emin Əmrullayev NASCOXVIII konfransındakı çıxışında qeyd edib.

"Biz elə etməliyik ki, alimin məqaləsi olmayanda özünə alim deməyə utansın. Deməliyik ki, sənin 5 ildə məqalən yoxdur. İllər ərzində məqaləsi olmayan alimin özünü alim bilməsi həqiqətən ayıbdır.

Bunu da dəyişə bilərik", - deyə nazir əlavə edib.

Emin Əmrullayev bildirib ki, Azərbaycan təhsilinin keyfiyyətinin düşməsinin səbəblərindən biri də alim adı düşməyənlərə o adın verilməsidir.

"Elmdə yalanlar təhsilimizi yaxşı yerə çıxarmayıb".

Nəzrin Mirzəyeva, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin