Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Elməddin Səlimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Bizim.Media xəbər verir ki, hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü o, 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 30 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən fərdi evdə qeydə alınıb.
Belə ki, Elməddin Səlimov onunla eyni kirayə yaşadığı mənzilin digər otağında yaşayan zərərçəkmiş Qurban Budaqovun (adı, soyadı şərtidir) davranışlarından və ona qarşı münasibətindən narazı qaldığını bəhanə edib. O, heç bir əsaslı səbəb olmadan evin dəhlizində xuliqanlıq niyyəti ilə hərəkət edib. Elməddin mətbəxdən götürdüyü bıçaqla zərərçəkmiş şəxsə kürək nahiyəsindən bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxs xəsarət alıb.
Hadisədən sonra Elməddin Səlimov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. (Pravda.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:13 / 16.12.2025
Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı
Hazırda oxunan: Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı
Hazırda oxunan: Bakıda kirayə yaşadığı evdə otaq yoldaşını bıçaqladı
585771
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































