“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

Hazırda oxunan: “Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” – VİDEO

585768

Gəncədə istintaq təcridxanasında saxlanılan Karen Avanesyan saxlanma şəraitindən danışıb.

Bizim.Media xəbər verir ki, “Barometr TV”yə danışan təqsirləndirilən şəxs şikayətinin olmadığını bildirib.

Azərbaycan dilində fikirlərini ifadə edən erməniəsilli sakin ona qarşı hər hansı zorakılıq halının olmadığını da deyib: “Nə sual olursa, verirəm, mənə də nə sual ünvanlansa, cavablandırıram. Yeməyi normal verirlər, yaxşı baxırlar. Hökumət də, məhkəmə də sağ olsun”.
 

Qeyd edək ki, ötən həftə Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən Karen Avanesyanın məhkəməsi başlayıb. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.


Onu da qeyd edək ki, bu il sentyabrın 14-ü Azərbaycanın Xankəndi şəhəri ərazisində odlu silah və döyüş sursatlarından atəş açılmaqla partlayışla nəticələnən terrorçuluq edilməsi, habelə terrorçuluqla əlaqədar 2-dən çox polis əməkdaşının qəsdən öldürülməsinə cəhd və digər faktlar üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanılıb. Xankəndi şəhərinin 1967-ci il təvəllüdlü erməniəsilli sakini Karen Avanesyanın bir sıra xüsusilə ağır cinayətlər törətməsinə əsaslı şübhələr müəyyənləşib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin