Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

Hazırda oxunan: Hacıqabulda qəza baş verdi, sürücü həlak oldu - FOTO

585736

Hacıqabulda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

DAF markalı yük maşını Gəncə istiqamətində hərəkətdə olarkən qarşısında hərəkət edən KAMAZ markalı yük maşınına çırpılıb.
 

Nəticədə DAF markalı yük maşınının sürücüsü Qocayev Aydın Qoca oğlu elə hadisə yerində dünyasını dəyişib.


Qəza yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Hadisənin başvermə səbəbləri araşdırılır.










Bizim Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin