"Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

Hazırda oxunan: "Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir” - Emin Əmrullayev

585731

"Dövlət büdcəsində bir uşaq təxminən 4 500 manata başa gəlir. Bütün uşaqların sayını 4 500 manata vurduqda 1-5 yaş arası bu iki milyarddan daha çox vəsait edir. Məntiqi olan insan üçün aydındır ki, bu, real rəqəm deyil, yəni məktəbəqədər təhsilin dövlət tərəfindən maliyyələşməsi".

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi artıq məktəbəqədər hazırlıq probleminin 85 faizdən çox hissəsini həll edib:

"Təbii ki, uşaq iki-üç il məktəbəqədər hazırlığa gedərsə, daha yaxşı olar. Bir yaşından beş yaşına qədər hər bir uşağın məktəbəqədər təhsillə əhatə olunması qarşıya qoyulmuş məqsədin mükəmməl həll yoludur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin