“Gizir Xanı”ya şəhidlik statusu verildi

Hazırda oxunan: “Gizir Xanı”ya şəhidlik statusu verildi

585721

Minaya düşərək həlak olan “Gizir Xanı”ya şəhidlik statusu verilib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 23-ü Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.

S.Əhmədovun ailəsi və yaxınları məlumatı saytımıza təsdiqləyib.

Qeyd edək ki, S.Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib. 44 günlük Vətən müharibəsində də könüllü olaraq döyüşüb.
 

Məlumatla bağlı Ağdam Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, 2025-ci ilin sentyabrında ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olmuş Əhmədov Səyyaf Fiqan oğluna mülki şəhid statusunun verilməsi barədə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam verilib.


Sərəncamla mərhumun həyat yoldaşı və övladları şəhid ailəsinin üzvü qismində tanınıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin