Xaçmazın 26 kəndində QAZ OLMAYACAQ

Hazırda oxunan: Xaçmazın 26 kəndində QAZ OLMAYACAQ

585703

Dekabrın 16-da Xaçmazın 26 kəndində qaz təchizatı dayandırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB-nin Xaçmaz Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
 

Məlumata görə, Xaçmaz rayonunda Qusarçay kəndi istiqamətində istismarda olan D-315 mm-lik orta təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq dekabrın 16-da saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.


Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xaçmaz şəhərinin bir hissəsinin və 26 kəndinin qaz təchizatında fasilə yaranacaq.

Müşkür, Müzəffəroba, Müşfiq, Sabiroba, Mürşüdoba, Qadaşoba, Nərəcan, Ağtala, Qımıqışlaq, Mollabürhan, Mirzəmməd, Çinartala, Palçıqoba, Çuxuroba, Şıxlar, Hacısıoba, Maşıoba, Çiləgir, Hacıqurbanoba, Xaspolatoba, Gödəkli, Çaykənarı, Ağaşirinoba, Manafoba, Gəncəli, Şıxlı kəndlərində və şəhərin bir hissəsində – ümumilikdə 10 min 346 abonentə təbii qazın verilməsi müvəqqəti dayandırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin