Xaçmazda zəhərlənmə hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmazın Xudat şəhər sakini, 35 yaşlı Röya Gözəlova yaşadığı evdə dəm qazından zəhərlənib.
Dərhal Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas eləmək mümkün olub.
Fakt araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

























































































