Gültəkin Hacıbəyli Türkiyədən deport olunur

Hazırda oxunan: Gültəkin Hacıbəyli Türkiyədən deport olunur

585692

Bir neçə gün öncə Türkiyədə saxlanılan Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib.

Bizim.Media xəbər verir ki, bu barədə G. Hacıbəyli sosial şəbəkə hesabında məlumat  paylaşıb.

O qeyd edib ki, onun 5 il müddətinə deportasiya edilməsi ilə bağlı qərar artıq qəbul edilib. Gültəkin Hacıbəylinin sözlərinə görə, noyabrın 29-da Türkiyədə saxlanılaraq Arnavutköy Miqrasiya Mərkəzinə gətirilib.
 

3 gün öncə isə saxlanıldığı Arnavutköy Geri Göndərmə Mərkəzindən çıxarılaraq Çatalca Miqrasiya Mərkəzinə aparılıb. O, bu qərarla razılaşmadığını və məhkəməyə müraciət edəcəyini bildirib.


Qeyd edək ki, Gültəkin Hacıbəyli dövlətə xəyanət və digər ağır cinayətlərdə ittiham olunan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi ilə bağlı istintaqa çağırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin