Bu uşaqların autizmli olmaq ehtimalı DÖRD DƏFƏ çoxdur

Hazırda oxunan: Bu uşaqların autizmli olmaq ehtimalı DÖRD DƏFƏ çoxdur

585677

Dünyada və ölkəmizdə autizmli uşaqların sayı artır. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, ötən il 3 min 12 uşaq bu diaqnozla qeydiyyata alınıb. Ölkənin tibb müəssisələrində uşaq autizmi diaqnozu ilə qeydiyyata alınanların 2401 nəfəri oğlan, 611 nəfəri isə qızdır.

Bütün illərin statistikalarında autizmli oğlanlar çoxluq təşkil edirlər. Bu göstərici təkcə bizdə deyil, dünya ölkələrində də belədir.

Bəs bunun tibbi əsaslanması varmı? Autizmli oğlanların daha çox olma səbəbi nədir?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan həkim-pediatr Vaqif Qarayev deyib ki, bunun tam səbəbi məlum deyil:

“Autizm xəstəliyi bu gün də öyrənilməkdədir. Problem tam öyrənilməyib desək, daha yaxşıdır. Fakt budur ki, bu problemli uşaqların sayı təkcə bizdə yox, Avropanın ən inkişaf etmiş ölkələrində belə durmadan artır. Səbəb isə bilinmir. Bu göstərilən rəqəm azdır, əslində dünyada autizmli oğlanların sayı qızlara nisbətən 3,5-4 dəfə çoxdur.
 

Məsələ budur ki, bunun da səbəbi tam öyrənilməyib. Orda genetik faktorların, bugünkü məlumatlara görə hormonal faktorların, həmçinin, yeniyetməlik dövründə adaptasiya ilə bağlı faktorların da rol oynadığı deyilir”.


Həkim bildirib ki, genetik olaraq qadınların autizmdən qorunma mexanizminin olduğu deyilir:

“Amma oğlanlarda bu yoxdur və yaxud da kişi hormonları autizmi və yaxud autizm spektorunun yaranmasında rolu var. Konkret səbəbini izah edən, niyə sualına cavab tapacağımız materiala rast gəlməmişəm. Fakt odur ki, oğlanlar qızlara nisbətən 3-4 dəfə autizm və autizm spektor pozuntusundan əziyyət çəkir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin