General rütbəsi verilən FHN zabitləri kimlərdir? – FOTO

Hazırda oxunan: General rütbəsi verilən FHN zabitləri kimlərdir? – FOTO

585664

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.

Bizim.Media xəbər verir ki, “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilən daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

“General-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərhad Nəriman oğlu Səmədov isə FHN-in baş hərbi ekspertidir. O, daha əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

“General-mayor” olan polkovnik Seymur Taleh oğlu Qaraşov isə nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisidir. O, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

“General-leytenant” ali hərbi rütbəsi verilən general-mayor Adil Ələsgər oğlu Abdullayev isə fövqəladə hallar nazirinin müavinidir. O, nazir müavini olmazdan əvvəl FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin