Ağdamda 9 yaşlı uşaq velosipeddən yıxılan uşaq həyatını itirib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndi ərazisində qeydə alınıb.
Kənd sakini 2016-cı il təvəllüdlü Baxşəliyev Hüseyin Rüfət oğlu velosipedlə hərəkətdə olarkən idarəetməni itirib və yıxılıb. Nəticədə H.Baxşəliyevin başı daşa dəyərək hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma başlanıb.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu



























































































