Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

Hazırda oxunan: Nazirin həmin videosu ilə bağlı - Rəsmi açıqlama

585625

Maliyyə naziri Sahil Babayevin dekabrın 12-də Fəxri xiyabanı ziyarəti zamanı yayılan görüntüləri müzakirələrə səbəb olub.

Videoda nazirin avtomobilinə doğru hərəkət edərkən vətəndaşlardan birinin ona yaxınlaşdığı və Sahil Babayevin probleminin həll olunmasını istəyən şəxsi yanındakı əməkdaşlara yönləndirməsi öz əksini tapıb.

Bizim.Media xəbər verir ki, “qafqazinfo.az” məsələyə aydınlıq gətirmək üçün Maliyyə Nazirliyi ilə əlaqə saxlayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Sahil Babayev ona yaxınlaşan vətəndaşlara bunu dedi - VİDEO


Nazirlikdən bildirilib ki, Anım Günündə müraciət edən vətəndaşlar nazirliyin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev tərəfindən yerindəcə qəbul olunub və müraciətləri baxılması üçün “Vətəndaşların müraciətləri haqqında” Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə təqdim olunub: 

“Müraciətlərin mahiyyəti Maliyyə Nazirliyinin fəaliyyət dairəsinə aid olmadığı nəzərə alınaraq, araşdırılması üçün müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib”.

Xatırladaq ki, Sahil Babayev 2018-ci ildən bu ilin fevralına qədər əmək və əhalinin sosial müdafiəsi naziri olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin