Yol keçərkən qulaqlıqdan istifadə etməyin - XƏBƏRDARLIQ

Hazırda oxunan: Yol keçərkən qulaqlıqdan istifadə etməyin - XƏBƏRDARLIQ

585615

Piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.

Bizim.Media xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.
 

Qeyd olunub ki, qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir, yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir, reaksiya vermək üçün zəruri vaxt itirilir: 


"Xüsusilə qeyd edirik ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər".

DYP piyadalara aşağıdakıları tövsiyə edir: 

Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarın, ətraf mühitə tam diqqət yetirin və yol hərəkəti qaydalarına ciddi əməl edin.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin