Tanınmış musiqiçi ehtiyatsızlıqdan yıxıldı – Xəstəxanada vəfat etdi

Hazırda oxunan: Tanınmış musiqiçi ehtiyatsızlıqdan yıxıldı – Xəstəxanada vəfat etdi

585614

Bakıda ehtiyatsızlıq nəticəsində xəsarət alan 77 yaşlı qadın xəstəxanada vəfat edib. 

Bizim.Media xəbər verir ki, dekabrın 9-da saat 08:00 radələrində 1948-ci il təvəllüdlü Tamilla Nəcməddin qızı Rəhimova yaşadığı Bülbül prospektindəki evində ehtiyatsızlıqdan yıxılıb. Xəstəxanaya yerləşdirilən qadın bir neçə gün sonra dünyasını dəyişib.

Bildirilib ki, T.Rəhimova tanınmış musiqi müəllimi olub. Son illərdə onun görmə qabiliyyəti zəifləyib.
 

O, tanınmış ictimai-siyasi xadim, Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin (indiki Bakı Şəhər İcra Hakimiyyəti) keçmiş sədri, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi və Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifələrində çalışmış Nəcməddin Əhmədovun qızıdır.


T.Rəhimova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) və Bakı Musiqi Akademiyasında vokal və estrada üzrə dərs deyib, bir sıra tanınmış müğənnilərin müəllimi olub. (News24.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin