Vəfa Yaqublu: “Dini düşüncəni mollalar təbliğ etməməlidir”

Hazırda oxunan: Vəfa Yaqublu: “Dini düşüncəni mollalar təbliğ etməməlidir”

585608

“Bizim məktəblərdə dinin rüşeymi zərdüştlüyün təsiri ilə yaranıb. Bu təsir altında Azərbaycanda təhsil mədəniyyəti formalaşıb və gəlib indiki vəziyyətə çatıb”.

Bizim.Media xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu Elm və Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" mövzusunda keçirilən konfransda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi: pedaqoji yanaşmalar və müasir təlim modelləri" adlı panel müzakirəsində çıxışında bildirib. 

O bildirib ki, din və dünyagörüşü bir-birini təkzib etmir:

“Tam əksi, eyni istiqamətdə irəliləyir. Məktəblərdə faktları öyrədəndə onun altında dəyərləri də öyrədirik. Dini düşüncəyə xurafat yox, din haqqında sosioloji elm kimi baxmaq lazımdır. Dini düşüncəni mollalar yox, sosioloq-dinşünaslar təbliğ etməlidir".

Naibə Məmmədova, Sadiq Məmmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin