Kürdəmirdə canavarlar təsərrüfata hücum edib. 10 baş xırdabuynuzlu heyvan tələf olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ərşəli kəndində qeydə alınıb.
Belə ki, yırtıcılar kənd sakini Qurbanov Nofəl Mirzəağa oğlunun təsərrüfatına hücum çəkib.
Nəticədə fermerə məxsus 10 baş xırdabuynuzlu heyvan (qoyun – red.) tələf olub, 5-si isə ağır yaralanıb.
Təsərrüfat sahibinin sözlərinə görə, yırtıcılar onun təsərrüfatına ümumilikdə 8 min manata yaxın maddi ziyan vurublar.
Qeyd edək ki, bir necə gün öncə də yırtıcılar rayonun Çöl-Qubalı və Sığırlı kəndlərində də təsərrüfatlara hücum çəkib və fermerlərə 10 min manata yaxın maddi ziyan vurmuşdular.

Bizim.Media, Aran bürosu






































































































