Goranboyda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Bakı Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Hyundai Elantra" markalı avtomobil qarşısına çıxan uzunqullağı vurub.
Qəzadan sonra uzunqullaq yenidən yolun hərəkət hissəsinə çıxıb. Bu zaman "Mercedes" markalı minik maşını onu vurub. Uzunqullaq hadisə yerində tələf olub.
Bundan sonra qəzanı görən "KİA" markalı avtomobil dayanıb. Digər hərəkətdə olan "Hyundai Santafe " markalı minik maşını "KİA" ilə toqquşub.
Qəza zamanı xəsarət alan olmayıb. Ancaq avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
21:28 / 14.12.2025
Goranboyda zəncirvari qəza - Avtomobillərə ciddi ziyan dəydi
Hazırda oxunan: Goranboyda zəncirvari qəza - Avtomobillərə ciddi ziyan dəydi
Hazırda oxunan: Goranboyda zəncirvari qəza - Avtomobillərə ciddi ziyan dəydi
585518
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































