14 dekabr 2025-ci il tarixində Bakıda Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyət Günlərinin Azərbaycandakı açılış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, tədbir çərçivəsində Özbəkistanın mədəni irsi, tarixi və müasir inkişafına həsr olunmuş foto sərgi təşkil olunub.
Həmçinin, Özbəkistanlı sənətçilər və yaradıcı kollektivlərin iştirakı ilə musiqi və rəqs nömrələrini əhatə edən konsert proqramı təqdim edilib ki, bu da Özbəkistanın zəngin mədəni irsini əks etdirib.
Mədəniyyət Günlərinin keçirilməsinin məqsədi Özbəkistan və Azərbaycan arasında dostluq əlaqələrini daha da gücləndirmək, humanitar əməkdaşlığı inkişaf etdirmək və iki ölkə arasında mədəni dialoqu genişləndirməkdir.
Qeyd edək ki, Özbəkistan Mədəniyyət Günləri Azərbaycanda 20 dekabra qədər davam edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:42 / 14.12.2025
Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi
Hazırda oxunan: Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi
Hazırda oxunan: Bakıda Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi
585517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































