Qusar qəzasında ölənlərin ikisi də qadındır - ÖZƏL

Hazırda oxunan: Qusar qəzasında ölənlərin ikisi də qadındır - ÖZƏL

585492

Qusar-Şahdağ yolunun Qusarın Yuxarı Ləyər kəndindən keçən hissəsində "Kia Sorento" markalı avtomaşının qəza törətməsi nəticəsində ölən iki nəfər qadındır.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, ölənlərdən biri uşağa baxan dayə, biri isə uşağın anasıdır.

Hazırda onların kimliyi dəqiqləşdirilir.

Yaralı halda Qusar rayon mərkəzi xəstəxanasına gətirilən 4 nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

Hazırda onlara ilk yardım edilir.

Xatırladaq ki, həmin avtomobil idarəetməni itirərək dərəyə aşıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin