Azərbaycan Mərkəzi Bankı (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayətlər indeksi əsasında qiymətləndirib.
Bizim.Media xəbər verir ki, cari ilin noyabr ayında Azərbaycanda ən çox şikayət daxil olan bank Bank BTB olub. Bu maliyyə qurumu üzrə şikayətlər indeksi 5,11 təşkil edib.
Sonrakı yerlərdə Yelo Bank ASC (2,88) və Unibank ASC (2,34) qərarlaşıb.
Ən az şikayət qeydə alınan bank isə Paşa Bank ASC olub – indeks 0,31. Siyahıda ikinci yeri Bank Respublika ASC 0,68 göstərici ilə tutub.
Reytinqdə adı çəkilməyən banklarla bağlı ay ərzində AMB-yə heç bir şikayət daxil olmayıb.
Şikayətlər indeksi banka daxil olan müraciətlərin sayının onun müştəri bazasına nisbəti əsasında hesablanır, göstərilən xidmətlərin həcmi və əhatə dairəsi nəzərə alınır.
Bu göstərici bankın şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə müəyyən edilir. İndeks vətəndaşlara bank seçərkən daha məlumatlı qərar verməyə kömək etmək məqsədi daşıyır və aylıq dəyişə bilər.

Bizim.Media



































































































