Bu gün səhər saatlarından Qobustana yağan qar və müşahidə olunan şaxtalı hava səbəbindən Bakı–Şamaxı–Yevlax avtomobil yolunun bu rayonun əraziisindən keçən enişli-yoxuşlu və döngəli hissələrində buzlaşma yaranıb.
Bizim.Media xəbər verir ki, təhlükəsizlik məqsədilə paytaxtdan Şamaxı istiqamətində bəzi avtomobillərin hərəkəti yol polisi tərəfindən qismən məhdudlaşdırılıb.
Qısa müddət ərzində yolun buzlaşan hissələri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 4 nömrəli Magistral Yolların İstismarı MMC-nin canlı qüvvəsi və xüsusi texnikası tərəfindən təmizlənib, yollara duz-qum qarışığı səpilib və nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.



Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:04 / 14.12.2025
Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO
Hazırda oxunan: Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO
Hazırda oxunan: Hazırda Bakı-Şamaxı yolu avtomobillərin hərəkəti üçün tam açıqdır - FOTO
585473
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































