Bakının Nəsimi rayonunun Xətai prospektində bir həftə öncə yağan yağışın fəsadları hələ də davam edir.
Belə ki, yol boyu axan palçıq avtomobil və piyadalar üçün çətinliklər yaradır.
Bizim.Media xəbər verir ki, mövzuya sakinlər münasibət bildirib.
Onların sözlərinə görə, palçıq axıntıları torpaq uçqununa belə gətirib çıxara bilər, bu da öz növbəsində onlar üçün ciddi problemdir.
Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən qeyd olunub ki, problemə səbəb drenaj sistemlərinin yağış sularını tam təxliyə edə bilməməsidir.
Daha ətraflı İctimai TV-nin videomaterialında:
Bizim.Media

































































































