Qobustanda buzlu yol zəncirvari qəzaya səbəb olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, bu gün səhər saatlarında Qobustan rayonunun Gənci ərazisində hava şəraiti ilə əlaqədar yol səthinin buz bağlaması nəticəsində bir neçə avtomobil hərəkət zamanı idarəetməni itirərək bir-birinə dəyib.
Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin bir istiqamətdə hərəkəti müvəqqəti olaraq məhdudlaşıb.
Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.
Bizim.Media, Aran bürosu



























































































