Göygöldə maşın piyadanı vuraraq həyatına son qoyub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “KİA” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü M.Mamedovu vurub.
Piyada hadisə yerində ölüb. Qəzadan sonra minik maşını yol kənarındakı dəmir arakəsməyə çırpılaraq aşıb.
Avtomobildə xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu





























































































