Biləsuvarda YOL QƏZASI: Sürücü xəsarət aldı

Hazırda oxunan: Biləsuvarda YOL QƏZASI: Sürücü xəsarət aldı

585405

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə köhnə Bakı–Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Salyan rayon sakini Məmmədov Həsən Əlövsət oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq dəmir məhəccərə çırpılıb.

Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona zəruri tibbi yardım göstərilib, vəziyyətinin yüngül olduğu bildirilir.

Sürücünün sözlərinə görə, qəzanın baş verməsinə səbəb digər bir nəqliyyat vasitəsinin onun avtomobilinə toxunması olub.

Faktla bağlı araşdırma aparılır.

Sabutay, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin