Ən çox şikayət edilən banklar AÇIQLANDI - FOTO

Hazırda oxunan: Ən çox şikayət edilən banklar AÇIQLANDI - FOTO

585371

Azərbaycan Mərkəzi Bank (AMB) bank xidmətləri bazarında müştəri məmnuniyyətini şikayət indeksi əsasında qiymətləndirib.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, bu ilin noyabr ayında Azərbaycanda barəsində ən çox şikayət edilən bank "Bank BTB" ASC olub. Bu bankda şikayət indeksi 5.11-dir.

Növbəti yerləri "Yelo Bank" ASC (2.88) və "Unibank" ASC (2.34) bölüşür.

Ən az şikayət olunan bank 0.31 indekslə "Paşa Bank" ASC-dır. Bu sırada "Bank Respublika" ASC 0.68 indekslə ikincidir.

Cədvəldə yer almayan banklar üzrə ay ərzində AMB-yə şikayət daxil olmayıb.

Şikayət indeksi bankın müştərilərinə təqdim etdiyi xidmətlərin həcmi və əhatə dairəsini nəzərə alaraq, müştəri bazasına nisbətən daxil olan şikayətlərin proporsionallığı əsasında hesablanır.

Şikayət indeksi hər bir bank üzrə şikayətlər üzrə bazar payının müştərilər üzrə bazar payına bölünməsi yolu ilə hesablanır. Bu göstərici vətəndaşların bank seçimi zamanı məlumatlı qərar verməsinə kömək məqsədi daşıyır və aylıq əsasda dəyişə bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin