Beyləqanda gəlin qayınatasının evindən qızılları OĞURLADI: "Elə bildim mənimdi"

Hazırda oxunan: Beyləqanda gəlin qayınatasının evindən qızılları OĞURLADI: "Elə bildim mənimdi"

585363

Beyləqanda gəlin qayınatasının evindən qızılları oğurlayıb.

Bizim.Media xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

21 yaşlı Fəridə Hüseynova (ad və soyad şərtidir) qayınatasının evindəki yataq otağının paltar dolabından ümumi qiyməti 2000 manat olan bir cüt sırğa, üzü və boyunbağını oğurlayıb. Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü (yaşayış yerinə qanunsuz daxil olmaqla oğurluq etmək) maddəsilə cinayət işi açılıb.

Təqsirləndirilən Fəridə Hüseynova bildirib ki, 2024-cü ildə ailə qurub. Əri ona toyda bir üzük, bir cüt sırğa, boyunbağı və qızıl bilərzik, ərinin ailəsi isə 2 üzük və 2 bilərzik hədiyyə veriblər:

“Ancaq qızıl taxmağı xoşlamırdım. Ərimin kredit borcları vardı. Qızılları satıb borcları vermək istəyirdim. Həmin qızılların özümə məxsus olduğunu düşünürdüm. Baldızıma məxsus olduğunu bilmirdim”.
 

İttiham aktına görə, Fəridə həmin qızılları İnstagramdan tanıdığı və sevgi münasibətlərində olduğu şəxsin köməyilə satıb.


Beyləqan rayon Məhkəməsinin qərarı ilə Fəridə Hüseynova barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin