Şəkidə yol tikintisi aparılan zaman yeraltı qaz kəməri zədələnib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, “Azəryol” MMC-nin əməkdaşları Şəki şəhərinin M. Ə. Rəsulzadə prospektində yol tikintisi aparan zaman buradan keçən PE-110 mm-lik yeraltı orta təzyiqli qaz kəmərini zədələyiblər.
Zaqatala Regional Qaz istismar idarəsindən verilən məlumata əsasən hadisədən sonra təhlükəsizlik baxımından kəmərə gələn qazın verilişi kəsilib.
Bu səbəbdən şəhərdə 12 min abonentin qazı kəsilib. Hazırda tikinti briqadaları qaz xəttinin bərpası istiqamətində iş aparır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu .

- A-
- A
- A+
Cəmiyyət
17:34 / 13.12.2025
Şəkidə qaz xətti zədələndi - 12 min abonent qazsız qaldı
Hazırda oxunan: Şəkidə qaz xətti zədələndi - 12 min abonent qazsız qaldı
Hazırda oxunan: Şəkidə qaz xətti zədələndi - 12 min abonent qazsız qaldı
585356
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































