Müxtəlif etnik qrupları təmsil edən Rusiya sakinlərindən 166.000-dən çox genetik təhlil götürülərək 2-ci tip diabetin inkişaf riskləri araşdırılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən bildirir ki, genotek mütəxəssislərinin fikrincə, artan meyllilik daha çox azərbaycanlılar arasında, ən az isə yakutlar arasında aşkar olunub.
Mütəxəssislər xəstəlik üçün ən güclü genetik risk faktorlarından biri kimi tanınan TCF7L2 gen variantının yayılmasını araşdırıblar. İki T allelinin olması CC variantının daşıyıcıları ilə müqayisədə 2-ci tip diabetin inkişaf riskini ikiqat artırır.
Təhlilə görə, risk allel kombinasiyasına ən çox Azərbaycanlılar (16.03%), ardınca ermənilər (15.16%) və daha sonra çeçenlər (10.38%) arasında rast gəlinir. Ən aşağı tezlik başqırdlar (1.1%) və yakutlar (0.14%) arasında aşkar edilib.
Bizim.Media


































































































