Zaqatalanın Qazangül qəsəbəsi öz çay plantasiyaları ilə məşhurdur.
Bizim.Media-nın yerli bürosuna müraciət edən qəsəbə sakinləri bildirir ki, Qazangül hər zaman abad və səliqə-sahmanı ilə seçilib.
Qəsəbə həm də ölkəmizdə çay plantasiyaları ilə tanındığından, bura hər zaman qonaqlı-qaralı olub. Lakin son dövrlər qəsəbənin küçələrində zibil qutularının daşınmaması, qalaq-qalaq yığılması xoşagəlməz mənzərə yaradır.
Sakinlər artıq bir neçə gündür zibillərin daşınmaması səbəbindən belə bir mənzərənin ortaya çıxdığını bildirirlər.
Onlar məsələ ilə bağlı müvafiq quruma da müraciət edildiyini lakin hələlik bir tədbir görülmədiyini bildirir.
Sakinlərin haqlı narazılığı ilə bağlı qəsəbə nümayindəliyindən bildirilib ki, məsələ tezliklə həll olunacaq.
Mövzunu diqqətdə saxlayacağıq.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu


































































































