Rusiyanın şimalında Seyid Gölü – Şamanları ərəblərə nə bağlayır? – FOTO

Hazırda oxunan: Rusiyanın şimalında Seyid Gölü – Şamanları ərəblərə nə bağlayır? – FOTO

585312

Murmansk bölgəsinin ən sirli və məşhur yerlərindən biri Seyid Gölü (Сеийдозера) hesab olunur.

Kola yarımadasının tam mərkəzindəki gölü müqəddəs hesab edənlər uzaq şimalın yerli xalqı olan samilərdir. Sami dilindən tərcümədə adı "müqəddəs göl" deməkdir.

Dolayısı yolla ərəb dilindən bildiyimiz “seyid” sözü əslində samilərə aiddir.
 

Mesopotamiyanın ən qədim xalqlarından olan samilər hazırda Norveç, Rusiya, İsveç, Finlandiya ərazilərində yaşayırlar. Nağıllardan bildiyimiz və Şaxta babanın vətəni sayılan Laplandiya samilərin tarixi torpaqlarından olub. Ərəblərin də Mesopotamiya ətrafında yayıldığını nəzərə alsaq, qədim xalqdan sözlər mənimsəməsi normaldır.


Sami şamanları, yəni noidlər rituallar yerinə yetirmək üçün gölün ətrafına gəlirlər. Rəvayətə görə, bu şamanların ruhları hələ də gölün ətrafındakı daşlarda yaşayır.

Yerli sakinlər Seyid gölünün səthinin altında gizli ikinci bir qatın olduğuna, oradan gölün altına (o biri dünyaya) keçə biləcəklərinə inanırlar. Bundan başqa meşə ruhunu narahat etməmək üçün sahildə sakitliyi qorumağa çalışırlar. Narahat edilmədikləri müddətcə insanlara zərər vermirlər.

Qədim dövrlərdə fəlakətdən qorxan samilər qışda gölün buzunu sındırmaqdan qorxurdular və gölə sikkə və muncuq atıb hədiyyə edirdilər.
 

Seyid Gölünün kütləvi hipnotik vəziyyətlə müşayiət olunan geniş yayılmış menerik fenomeni illərdir araşdırılır. Yakutlar, buryatlar, evenklər arasında da rast gəlinən və insanların hipnotik təsir altında söz və hərəkətlərinin nəzarətsiz təkrarlanması (exolaliya) və absurd əmrlərin yerinə yetirilməsi ilə xarakterizə olunan bir vəziyyət yaşanır.


Mütəxəssislər bildirir ki, bu, qütb gecəsi və geomaqnit fırtınalarının təsiri ilə əlaqəli olan etnospesifik ruhi pozğunluq, isteriya növüdür.

Məhz buradakı meşələrdə qəribə formalarda donmuş "rəqs edən" ağacları görmək mümkündür. Hətta, iddialara görə, UNO-lar da bura tez-tez baş çəkir.




Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin