10 manatlıq yolu 100 manata aparan sürücülər – Azərbaycan taksiləri necə dəyişdi?

Hazırda oxunan: 10 manatlıq yolu 100 manata aparan sürücülər – Azərbaycan taksiləri necə dəyişdi?

585310

Dünyanın ən qeyri-etik taksi sürücüləri ilə bağlı Reddit sorğu keçirib və gözlənilməz nəticə alınıb:

Türkiyə sürücüləri 1-ci yerdə! Redditin səsverməsində türk taksistləri hətta vaxtilə turistlərin kabusuna çevrilmiş Hindistan sürücülərini də geridə qoyub. Bu sorğunu ciddiyə almaya da bilərik, amma ortaya maraqlı sual çıxarır: bəs bizimkilər?

Vaxtilə 10 manatlıq yolu turistə 100 manata “sırıyan” qəhrəmanlarımızın aqibəti necə oldu?

Hələ bir neçə il əvvəl turistləri yol kənarında havadaca “yaxalayan”, qısa yol üçün qonağı soyub soğana çevirən sürücülər az qala Bakının vizit kartına çevrilmişdi. Amma texnologiya inkişaf etdikcə, taksilər də zəmanəyə ayaq uydurdu.
 

Ən əsası pərakəndə taksilər bir neçə şirkətdə cəmləndi, əvvəlcə ulduzlu taksilər yarandı, zəng edib sifarişlə yolu müəyyənləşdirmək mümkün oldu. Daha sonra rəqəmsal taksi tətbiqləri yaradıldı. Beləcə uzun-qısa səfərə hazırlaşan hər kəs qiyməti əvvəlcədən öyrəndi.

 

Digər tərəfdən daxili rəqabət.

Ucuz taksi xidmətləri bahalı və qeyri-şəffaf təklifləri sıxışdırdı. Nəticədə “klassiklər”in bazarı daraldı. Amma tam yoxa çıxmayıblar. Hələ də şəhərin müəyyən nöqtələrində, xüsusilə yol kənarlarında, restoran qabağında “köhnə məktəb”in şoferləri ilə rastlaşmaq olur.

Buna baxmayaraq, ümumilikdə sürücülərin davranışında nəzərəçarpan dəyişikliklər var.

Avropa ölkələrindən geri qalsaq da, region ölkələri ilə müqayisədə öndəyik.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin