Yeni ildə azərbaycanlı turistlər ən çox bu ölkələrə ÜZ TUTACAQLAR – SİYAHI

Hazırda oxunan: Yeni ildə azərbaycanlı turistlər ən çox bu ölkələrə ÜZ TUTACAQLAR – SİYAHI

585309

Hər il bəzi vətəndaşlar Yeni il bayramını ölkə xaricində qeyd etməyə üstünlük verirlər.

Bununla bağlı olaraq, edilən endirimlərdən dekabrın əvvəlindən istifadə etməyə başlayan azərbaycanlı turistlər həm gəzməli, həm də ciblərinə uyğun ola biləcək ölkə seçimi edirlər.

Bəs bu il bayramda azərbaycanlılar ən çox hansı ölkələrə üz tutacaq?

Bizim.Media-ya açıqlamasında turizm eksperti Ceyhun Aşurov bildirib ki, bayramı azərbaycanlı turistlər daha çox qonşu ölkələrdə qeyd etməyi seçirlər:

“Yeni il bayramında azərbaycanlıların ən çox getdikləri ölkələr Gürcüstan, Türkiyə, Dubaydır.  Şəhər turları  bu ərəfələrdə xüsusilə populyar olur.

 

Tbilisi, İstanbul, Doha turlarını seçənlər daha çoxdur. Çünki qiymətlər adambaşına 500-600 dollar olduğundan bu istiqamətlərə gedişə üstünlük verirlər. Təbii ki, bu, otelin kateqoriyasına görə dəyişə bilər.  


Eyni zamanda Misir turları da 500-1000 dollar arası dəyişir və ora gedənlərin də sayı çoxdur. Şri-Lanka, Maldiv turları daha bahadır. Bu turlar 1200-1500 dollara başa gəlir.

Eyni zamanda, Şərqi Avropa ölkələrinə şəhər turlarının sayı da bayram dönəmində artır.

Bu turların qiyməti 500-600 dollar təşkil edir. Adətən, bu təkliflər bayramöncəsi-dekabrın əvvəlində təklif olunur. Bayrama az qalmış qiymətlər arasında fərq yaranır”.

Onun sözlərinə görə, Azərbaycana gələn turistlərin sayı isə azalıb:

“Azərbaycana gələn əcnəbilərin sayında azalmanı müşahidə edirik. Ümumiyyətlə, Şərqi Avropa ölkələrindən, Türkiyədən, Körfəz ölkələrindən turistləri görə bilirik. Amma bu il bayram ərəfəsində durğunluq daha çox müşahidə olunur. Bəlkə, bayram ərəfəsində bir qədər canlanma olsun”.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin