Heyvanların vurduğu zərəri sahibi ödəməlidir? – Hüquqi İZAH

Hazırda oxunan: Heyvanların vurduğu zərəri sahibi ödəməlidir? – Hüquqi İZAH

585308

Tez-tez heyvanların insanlara və yaxud onların əmlakına ziyan vurması haqqında xəbərlər eşidirik. Bəzən itlər kiməsə hücum edib, xəsarət yetirir və yaxud hansısa iribuynuzlu heyvan yol-nəqliyyat hadisəsinə səbəb olur.

Bəs, belə vəziyyətlərdə vurulan zərərə görə kim cavabdeh sayılır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Fuad Rüstəmli deyib ki, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur:
 

“Bunun başqa izahı yoxdur. Çünki sahibi saxladığı heyvanı heç zaman nəzarətsiz buraxmamalıdır. Heyvan sahibi yalnız o zaman məsuliyyətdən azad edilə bilər ki, bütün zəruri tədbirləri görüb.


Məsələn, itin yeri bağlı olub, xəbərdarlıq lövhəsi qoyulub və qapı kiminsə səhlənkarlığı səbəbindən açılıb. Bu halda məhkəmə sahibin məsuliyyətini azalda bilər".

Müsahibimiz onu da qeyd edib ki,  kənd yerlərində tez-tez heyvanlar magistral yola çıxır:

“Nəticədə ağır yol-nəqliyyat hadisəsi baş verir. Belə hallarda avtomobilin sahibi zərərin təzminatını heyvan sahibindən tələb etmək hüququna malikdir. Çünki heyvanın yola qaçması məsuliyyəti dəyişdirmir və ya azaltmır. Belə vəziyyətdə heyvan sahibi zərərçəkənin ziyanını qarşılamalıdır. Əks-təqdirdə məsuliyyətə cəlb edilə bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin