“Location”dakı partlayışa görə məhkum edilən menecer - Azad olundu

Hazırda oxunan: “Location”dakı partlayışa görə məhkum edilən menecer - Azad olundu

585291

3 il əvvəl Bakıda 4 nəfərin ölümü ilə nəticələnən “Location” klubdakı partlayışla bağlı məhkum edilən Orxan Səfərli vaxtından əvvəl azad edilib.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda gecə klubundakı dəhşətli PARTLAYIŞIN görüntüləri - ANBAAN VİDEO


Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, məhkəmə məhkumun ərizəsini təmin edib. O.Səfərlinin cəzasının qalan 1 il 2 aylıq hissəsi şərti hesab edilib.

Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib.
 

Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.


Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Onlar cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkirdilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin