Pivə çoxlarının sevimli içkisidir. Lakin keyfiyyətli pivə tapmaq heç də asan məsələ deyil.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, pivənin tərkibi üç məhsuldan - mayaotu, buğda cücərtisi və təmiz sudan ibarət olmalıdır:
Xüsusilə də cücərdilmiş buğda ən vacib inqrediyentlərdir.
Cücərti pivənin ən azı 80%-ni təşkil etməlidir, əks halda bu, pivə deyil, pivəyə bənzər bir içkidir. Bundan əlavə qarışığa zövqə görə meyvələr, otlar və ədviyyat da əlavə edilir.
Qeyd edək ki, Almaniya və Avstriyada normal pivə sortunun tərkibində olan alkoqolun həddi 4,5-6 % arasındadır.
Bizim.Media
































































































