Azərbaycanda ilk dəfə olaraq “Azərişıq” ASC-də “3D mobil xəritə” sistemi tətbiq edilir.
Bizim.Media xəbər verir ki,“3D mobil xəritə” sisteminin tətbiqi üzrə ilk layihə Qəbələ rayonunun paylayıcı elektrik şəbəkələrində həyata keçirilib.
MÖVZU İLƏ BAĞLI:
Köhnə avtomobillər BU TARİXDƏN “metallom”a göndəriləcək – Hibrid avtomobillər zamanı gəldi - Ekspert RƏYİ
Növbəti mərhələ üçün “Azərişıq” 2800 km-lik məsafədə çəkilişlər aparıb və zəruri bütün koordinatlar müəyyənləşdirilib.
“3D mobil xəritə” sisteminin üstünlüyü ondan ibarətdir ki, ərazinin bütün detalları haqqında ətraflı məlumatları əldə etmək mümkün olacaq. Həmçinin, şəffaflıq təmin edilərək texniki və təşkilati proseslərin sürətləndirilməsinə şərait yaranacaq.
Bizim.Media