Qadın və kişilərin kabusları da FƏRQLİ OLURMUŞ

Hazırda oxunan: Qadın və kişilərin kabusları da FƏRQLİ OLURMUŞ

585240

Kanadalı alimlər müəyyən ediblər ki, kişilərin və qadınların düşüncələri hətta yuxularında belə fərqlənir.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Kişilər gecələr daha çox təbii fəlakətlər və müharibələr görürsə, qadınlar isə yaxın insanlar tərəfindən xəyanət və ya yalanla bağlı yuxular görəndə dəhşət hissi yaşayırlar. Tədqiqatçılar 300 kişi və qadının iştirak etdiyi bir eksperiment aparıblar. Onlardan 45 həftə boyunca hər səhər yuxularının məzmununu yazmaları xahiş olunub.

Qadınların yuxu təsvirləri kişilərə nisbətən xeyli daha ətraflı olub. Məlum olub ki, qadınlarda pis yuxuların ən çox yayılan mövzusu şəxslərarası münaqişələrdir.

Qadınlar həmçinin tez-tez hansısa vacib tədbirə gecikdiklərini, haradasa azdıqlarını, yaxud ağır xəstəlik keçirdiklərini və ya öldüklərini görürlər. Bəzən onların yuxularında ruhlar, vampirlər və ya yadplanetlilər də peyda olur. Kişilərdə isə əsasən təbii fəlakətlərlə bağlı kabuslar üstünlük təşkil edir. Bəzən onların yuxularında həşəratlar da görünə bilər.

Eksperimentdən sonra tədqiqatçılardan biri qeyd edib ki, gecə kabusları insan sağlamlığına olduqca mənfi təsir göstərir: “Tez-tez kabus görən insanlar xoşagəlməz hissləri yenidən yaşamamaq üçün yuxuya getməkdən qorxmağa başlaya bilərlər. Bu cür hallar süni yuxusuzluğa və psixoloji problemlərə gətirib çıxarır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin