Naxçıvanda yasda zəhərlənən 23 nəfərin SON DURUMU

Hazırda oxunan: Naxçıvanda yasda zəhərlənən 23 nəfərin SON DURUMU

585232

Xəbər verdiyimiz kimi Babək rayonunun Kültəpə kəndində yas mərasimində keçirilən yas mərasimində 20-dən çox şəxs dəm qazından zəhərlənib.

Bizim.Media xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova sözügedən şəxslərin son vəziyyəti ilə bağlı açıqlama verib.

“Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Xəstələrə ilkin tibbi yardım göstərilib və uzun müddət müşahidə altında saxlanılıb.

Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur”, - həkim-infektsionist deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin