Prokurorluq orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Prokurorluq orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

585229

"Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarında qulluğa qəbul olunmaq istəyən şəxslər üçün 15 aprel 2025-ci il tarixdə elan edilmiş 27-ci müsabiqəyə yekun vurulub.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, müsabiqənin sonuncu mərhələsinə buraxılmış 71 namizədin dünyagörüşünü, məntiqi düşünmə qabiliyyətini, prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərini müəyyən etmək məqsədilə dekabrın 4-12-də Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən müsahibə keçirilib.

Müsabiqənin nəticələrinə görə, yüksək nəzəri bilikləri, hüquqi aktları düzgün tətbiq etmək bacarığı və mövcud vakant ştat vahidlərinin sayı nəzərə alınmaqla, prokurorluğun kadr korpusunun komplektləşdirilməsinin təmin edilməsi məqsədilə müsabiqə üzrə elan edilmiş vakant yerlərin sayı Baş Prokurorluğun Kollegiyasının 12 dekabr 2025-ci il tarixli qərarına əsasən artırılaraq 51 ştat vahidi müəyyən edilib.

Baş Prokurorluğun "İşin Təşkili Qaydaları"na əsasən müsabiqə üzrə müvəffəqiyyət qazanmış 51 namizəd dekabrın 15-dən Baş Prokurorluğun Elm-Tədris Mərkəzində (Bakı şəhəri Binəqədi rayonu S.S.Axundov küçəsi 160) icbari təlimə cəlb ediləcəklər.

İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant ştat vahidlərinə təyin ediləcəklər.

Prokurorluqda qulluğa qəbulla bağlı elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun rəsmi internet səhifəsində (www.genprosecutor.gov.az) və sosial şəbəkə hesablarında yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-77, 361-00-79, 361-00-80 və 361-00-81 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin