Milli Hidrometeorologiya Xidməti dekabrın 13-ü axşamdan 14-ü gündüzədək Bakıda və Abşeron yarımadasında, 13-ü gündüzdən 14-ü gündüzədək isə əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bizim.Media xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Şəki, İsmayıllı, Qəbələ, Qobustan, Hacıqabul, Oğuz, Mingəçevir, Şabran, Xaçmaz, Qusar, Siyəzən, Xızı, Ağstafa, Qazax, Kəlbəcər, Laçın, Neftçala, Daşkəsən, Gədəbəy, Balakən, Qax, Zaqatalada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.
Salyan, Şirvan, Sabirabad, Şamaxı, Ağsu, Göyçay, Quba, Tovuz, Şəmkir, Goranboy, Gəncə, Göygöl, Ağdam, Ağdaş, Kürdəmir, Yevlax, Naftalan, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Biləsuvar, Zəngilan, Füzuli, Qubadlı, Beyləqanda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:40 / 12.12.2025
Bu tarixdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu tarixdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
Hazırda oxunan: Bu tarixdə güclü külək əsəcək – XƏBƏRDARLIQ
585218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































