Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə bulvarda 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.
Bizim.Media xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.
MÖVZU İLƏ BAĞLI:
FHN Binəqədidə baş verən yanğını belə söndürdü - VİDEO
Həyata keçirilən operativ xilasetmə əməliyyatı nəticəsində intihar məqsədilə özünü dənizə atmış Fərzəlizadə Aytən Vasif qızı dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən xilas edilərək, ilkin yardım göstərildikdən sonra aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media