DGK: “İdxal olunan malların ƏDV-dən azad olunması marağımızdadır”

Hazırda oxunan: DGK: “İdxal olunan malların ƏDV-dən azad olunması marağımızdadır”

585137
“İdxal olunan malların ƏDV-dən azad olunması bizim də marağımızdadır”.
 
Bunu Dövlət Gömrük Komitəsinin katibliyinin rəisi Əsgər Məmmədov bildirib.
 
Onun sözlərinə görə, lakin hər bir azadolma büdcə üçün itkiyə səbəb olur.
 
“Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır. İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun. Ötən il ilk dəfə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmaların həcmi 5 milyard manatı ötüb. ƏDV üzrə daxilolmalar isə 4 milyard manatı ötüb. Dövlət büdcəsinə isə plandan 1 milyard manatdan artıq vəsait ödənilib “, - deyə Əsgər Məmmədov əlavə edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin