Bakıda dəhşətli QƏZA – Maşın qaz borusuna çırpıldı – VİDEO

Hazırda oxunan: Bakıda dəhşətli QƏZA – Maşın qaz borusuna çırpıldı – VİDEO

585123

Bakıda iki avtomobil toqquşub.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Bəkir Çobanzadə küçəsində qeydə alınıb.

İlkin məlumatlara görə, "Porsche" və "Volkswagen" markalı minik avtomobilləri toqquşub. Nəticədə 3 nəfər xəsarət alıb.

Toqquşma zamanı avtomobillərdən biri ərazidəki qaz borusuna çırpılıb və yanğın baş verib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Qəzaya səbəb olan amillərin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.

                            

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin