Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirildi - FOTO

Hazırda oxunan: Zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirildi - FOTO

584693

Cari ilin hazırlıq planına əsasən, dekabrın 9-da Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
 

Mərasimdə çıxış edən mərkəz rəisi polkovnik Nizami Mövlanov tədbir iştirakçılarını salamlayaraq, ordu quruculuğu sahəsində təcrübəli kadr potensialının artırılmasının qarşıya qoyulan vacib tapşırıqlardan biri olduğunu qeyd edib, kursu uğurla bitirən hərbçilərə bundan sonrakı xidmət dövründə uğurlar arzulayıb.


Dinləyicilər kurs müddətində onlara göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını qeyd ediblər.

Zabit təkmilləşdirmə kursunu uğurla bitirən, təlim və tədrisdə yüksək nəticələr əldə edən dinləyicilərə fəxri fərman və sertifikatlar təqdim olunub, kurs birincisi mayor Pərviz Quliyev tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin