Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO

Hazırda oxunan: Şirvanlı sakinləri kənd yolları ilə bağlı problemləri rayon rəhbərinə çatdırdılar - FOTO

584688

Qusar Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu bu gün rayonun Şirvanlı kəndində baş tutub.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, icra hakimiyyətinin başçısı, RİH başçısı Aparatının məsul şəxsləri, hüquq-mühafiə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinlərinin iştirakı ilə baş tutmuş görüşdə vətəndaşlar aktual məsələləri rayon rəhbərinin nəzərinə çatdırıblar.
 

Şirvanlı kənd sakinləri Şirvanlı kənd tam orta məktəbinin, kənd uşaq bağçasının və Quxuroba-Şirvanlı avtomobil yolunun əsaslı təmiri, kənd mədəniyyət evinə qaz xəttinin çəkilməsi, kənd yollarında müvafiq yerlərdə yol nişanlarının quraşdırılması, o cümlədən elektrik enerjisinin verilişində tez-tez fasilələrin yarandığını bildirərək mövcud problemin aradan qaldırılması, həmçinin istismara yararsız elektrik dirəklərinin yenilənməsi ilə bağlı müraciətlərini səsləndiriblər.


Səyyar qəbul zamanı sakinləri maraqlandıran bu və digər məsələlər müzakirə edilib, müraciətlər cavablandırılıb, araşdırılması vaxt tələb edən məsələlər nəzarətə götürülüb və icra başçısı tərəfindən sakinlərin səsləndirdikləri problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin