Goranboyda AĞIR QƏZA – Yaralananlar var

Hazırda oxunan: Goranboyda AĞIR QƏZA – Yaralananlar var

584682

Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.

Goranboy rayonunun Xan Qərvənd kənd sakini, 1971-ci il təvəllüdlü Eldəniz Rüstəmovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla Tərtər rayonunun Sarov kənd sakini, 1964-cü il təvəllüdlü Siyavuş Musayevin idarə etdiyi “Niva” markalı avtomobil toqquşub.

Qəza zamanı “Mercedes”in sərnişinləri Goranboy rayonunun Qızılhacılı qəsəbə sakinləri, 1982-ci il təvəllüdlü Aynur Rüstəmova və 1994-cü il təvəllüdlü Daşqın Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin