Bakıda oğurluq edən kürəkən saxlanılıb.
Bizim.Media xəbər verir ki, dekabrın 8-də Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən evlərin birindən 6800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Polis əməkdaşları tərəfindən hadisənin təfərrüatları araşdırılarkən mənzildə kənar müdaxilə izləri aşkar edilməyib. Bu hal oğurluq hadisəsində zərərçəkənin ailə üzvlərindən birinin iştirakına dair əsaslı şübhələr yaradıb.
Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ev sahibinin kürəkəni, 22 yaşlı O. İsmayılov talama cinayətini törətməkdə şübhəli bilindiyi üçün saxlanılıb. O, verdiyi izahatda qızıl-zinət əşyalarını sataraq nağd pula çevirmək məqsədilə oğurladığını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:30 / 09.12.2025
Bakıda kürəkən qayınatasının evini soydu
Hazırda oxunan: Bakıda kürəkən qayınatasının evini soydu
Hazırda oxunan: Bakıda kürəkən qayınatasının evini soydu
584674
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































