Tovuzda xəstəxanada dava düşdü - Tibb bacısı döyüldü

Hazırda oxunan: Tovuzda xəstəxanada dava düşdü - Tibb bacısı döyüldü

584666

Tovuz Rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri arasında dava olub.

Bizim.Media xəbər verir ki, hadisə tibb bacıları arasında növbə dəyişərkən baş verib.

Xəstəxananın tibb bacısı Elnurə Məmədova iş yoldaşı Mahirə Abdiyeva ilə mübahisə edib. Mübahisə zamanı Elnurə Mahirəni vuraraq ona xəsarətlər yetirib. Həmin vaxt Mahirə Abdiyeva da Elnurəyə zərbələr endirib.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı protokol tərtib edərək məhkəməyə göndəriblər.

Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə tibb bacıları arasında barışıq elan olunub. Məhkəmə işə xitam verib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin